en_US
en
off
Mobile View
Desktop View
xemirxorekleri
842

Düşbərə

Qoyun əti (mal əti və ya dana əti ) – 500 q.,

Baş soğan – 2 baş,

Xəmir – bölmənin əvvəlində verilən reseptlə,

Quru nanə – 1 xörək qaşığı

Duz, istiot – zövqə görə


Xörəyin adı «bələməli» sözündən əmələ gəlmişdir.

Ət soğanla birlikdə maşından keçirilir, zövqə görə duzlanır, yaxşı-yaxşı qarışdırılır, xəmir nazik yayılır və 2x2 yaxud  2,5x2,5 sm kvadratlara kəsilir. Hər kvadratın üstünə qiymə qoyulur. Sonra kvadratlar əvvəl  üçbucaq şəklində bağlanır, sonra da üçbucağın küncləri  bir-birinə birləşdirilir.

2 lsu qaynadılır, duzlanır, bütün düşbərələr qaynar suya tökülür və onlar üzə çıxan kimi qazan oddan götürülür. Süfrəyə verərkən, üstünə quru nanə  və sarımsaqlı-sirkə tökülür.

Bu xörəyi əvvəlcədən hazırlanmış ət və ya toyuq bulyonunda da bişirmək olar. bir qaşığa orta hesabla 5-8 düşbərə yerləşməlidir, lakin Abşeronun kəndlərində elə usta xanımlar var ki, onların  hazırladığı düşbərələr çox kiçik olduğundan hər qaşığa hətta 20 düşbərə də yerləşə bilər!