en_US
en
off
Mobile View
Desktop View
turkey
614

Türklər də bizim kimi çox qonaq pərvərdirlər.Türkiyənin bəzi yerlərində hələ də «qan davası» öz mövcudluğunu qoruyub saxlayır.Türkiyə dörd dənizlə əhatə olunub.
Bu ölkədə ən məşhur spirtli içki rakıdır. Ölkənin iqtisadi paytaxtı – İstanbul şəhəridir.
Türkiyənin ilk paytaxtı – Bursa şəhəri olmuşdur (1326-cı il).İstanbul şəhəri Avropa və Asiyanı birləşdirir.Türkiyənin Maraş şəhəri öz dondurması ilə məşhurdur və bu dondurma saqqız kimi uzanır və onu çeynəmək lazımdır.
Türkiyədə ən məşhur suvenir göz muncuğudur.

Türklər latın əlifbasından istifadə etsə də, onlarda «Q», «W», «X» hərfləri yoxdur.1934-cü ilə qədər türklər də soyad mövcud deyildi. Soyadlar barədə qanun qəbul edildikdən sonra əhali öz soy-kökünə uyğun olan soyad seçməyə başladı.
Türklər fanatik şəkildə futbol azarkeşidirlər. Hətta uşaqlar belə kiçik yaşlarından azarkeşliyə cəlb olunur.Demək olar ki, 3,5 milyon türkiyəli hazırda Almaniyada yaşayır.
Kofe və zanbaq Avropaya Türkiyədən aparılıb.Burada Göy Məscid – yeganə məsciddir ki, altı minarəyə sahibdir. Deyilənə görə, padşah «altın minarə» (qızıl minarə) yaradılmasını əmr etmiş, lakin memarlar bunu altı qəbul edərək, altı minarə yaratmışlar.Türklərə görə bütün «qıyıq gözlülər» yaponlardır.Şəhərlərarası sərnişin daşıması avtobusla həyata keçirilir, dəmir yolu nəqliyyatı o qədər də inkişaf etməyib.Türkiyənin bəzi əyalətlərində hələ də İsa Peyğəmbərin doğma dilində danışırlar.
Dünyanın yeddi möcüzəsindən ikisi – Efes Artemidası məbədi və Helikarnas mavzaleyi Türkiyədə yerləşir.Türkiyə Avropaya tekstil ixrac edən nəhəng ölkələrdən biridir.
Türkiyə öz insanları, şəhərləri, küçələri, dənizləri, təbiəti və s. ilə heyrətamiz bir ölkədir.

enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false