en_US
en
off
Mobile View
Desktop View
toyuqy
802

Toyuq ləvənqisi

Toyuq  – 1 əd.,

Qoz – ½stəkan,

Baş soğan – 1 baş,

Alça qurusu – 5-6 əd.,

Narşərab – 1 xörək qaşığı  və ya

Alça turşusu – 2 xörək qaşığı

Bitki yağı – 1 xörək qaşığı,

Duz – zövqə görə


Toyuq daxildən və xaricdən duzlanır, qoz və soğan ət maşınından keçirilir, soğan sıxılıb suyu çıxarılır, qoz ilə qarışdırılır, ona narşərab və ya alça turşusu qatılıb qarışdırılır və toyuğun  içinə doldurulur. Toyuq tikilir və üstündən alça turşusu sürtülüb fırında 1 saat ərzində 180˚S-də qızardılır. Toyuğun qurumaması üçün tavaya 1 stəkan su tökülür. Bu xörəyi həm isti halda, həm də soyuq halda süfrəyə vermək olar