en_US
en
off
Mobile View
Desktop View
sinqapur
682

Sinqapurda 3 milyon insan yaşayır. Onların əksəriyyəti itaətkar çinlilərdir. Sinqapurun rəhbəri Li Kuan Yu 1959-cu ildən 1990-cı ilə qədər burada faktiki olaraq qeyri-məhdud hakimiyyətə sahib idi. Bu da ona burada kompüter-dövlət yaratmağa imkan verirdi. Sinqapur üç zonadan – turistik, iqtisadi və şəhər kənarı hissədən ibarətdir. Hər zona 5 kilometr enə sahib qüsursuz ot örtüyü ilə ayrılır. 
Burada ictimai asayişin, qaydaların pozulmasına ağır cərimələr nəzərdə tutulur:
— Yerə tüpürməyə görə – 500 dollar.
— İctimai yerlərdə siqaret çəkməyə görə – 500 dollar.
— Yerə zibil atmağa görə – 500 dollar.
— Dibçəkdəki gülləri sulayarkən onların nəlbəkilərinə suyun 

 Sinqapurda avtomobilə sahib olmaq üçün ilk növbədə hərracda avtomobilə sahib olmaq hüququnu əldə etmək lazımdır. İcazə 10 il müddətinə verilir və sizə bir neçə min dollara başa gələcək. Avtomobil alan zaman isə maşının dəyərinin 41%-i həcmində idxal rüsumu ödəmək lazımdır. Bundan sonra isə avtomobilin qeydiyyatı üçün onun dəyərinin 140%-i dəyərində məbləğ ödəmək lazımdır. Beləliklə, məsələn bu ölkədə Toyota Corolla avtomobilini 100 000 dollara əldə etmək mümkündür.Bu ölkədə gecələr itlər hürürsə onların səs tellərini kəsirlər. Kişilər istənilən isti havada şalvar geyməli, qadınlar isə 50 dərəcə istilik olsa belə corab geyməlidirlər.
Burada hər bir avtomobil daxili siqnal ilə təchiz edilib ki, sürücü 80km/saat sürətini keçdikdə karedici siqnal səslənməyə başlayır. Sinqapurda saat 18:00-dan sonra avtomobildə tək getmək qadağandır. Əks halda 500 dollar cərimə ödəməlisiniz.
Sinqapur demokratik ölkədir. Lakin vətəndaşlar “kimə gəldi” səsverməsin deyə səsvermə bülletenlərində səsverən şəxsin şəxsiyyət vəsiqəsindəki məlumatları göstərilir.
Bu ölkədə oğurluq, təcavüz, vergi kimi cinayətlərə ölüm cəzası təyin edilib və cinayətkarlar asılaraq edam edilir. Digər yüngül cəzalara görə isə qaçmı cəzası təyin edilir. Bu qanunlar həmçinin turistlərə də şamil edilir. Ölkənin mətbuatı senzuraya məruz qalır. İntim münasibətlər və siyasətdən yazmaq qadağandır.
Sinqapurlular daha ağıllı olsunlar deyə, Li Kuan Yu vətəndaşların ailə qurmaq üçün düzgün həyat yoldaşları seçimlərinə bir tədbir görmüşdü. Belə ki, ali təhsilli qadınlarla ailə həyatı quran kişilər mükafat əldə edirdilər. Ali təhsili olmayan qadınlar ikinci uşaq dünyaya gətirdikdə cərimə ödəməlidirlər.

enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false