en_US
en
off
Mobile View
Desktop View
rusiya
770

Dünyanın «super gücləri»ndən olan Rusiya haqqında bu məlumatları daha əvvəl eşitmişdinizmi?

Rusiyada kişi nüfusundan 9 milyon nəfər çox qadın nüfusu vardır.

İddiaya görə Rusiyada heç kəsin yerini bilmədiyi və xəritələrdə belə yer almayan 15 gizli şəhər mövcuddur.Ortalama bir rus ildə 18 litr spirt istehlak edir. Bu nisbət mütəxəssislərin müəyyən etdikləri təhlükə sərhədinin iki qatı həcmindədir.Yeni çıxan bir qanunla Rusiyada uşaqlarla homoseksuallar haqqında danışmaq qadağandır. Bunu edənlər haqqında «gəncləri homoseksuallığa yönləndirmək» ittihamı ilə cinayət işi açılır .


Rusiyada çirkli avtomobil idarə etmək qanun pozuntusu hesab edilir.

Qərb Sibirdə olan Megion bölgəsinin meri tərəfindən «bəhanə uydurmaq» qadağan edilmişdir.ABŞ Alyaskanı Rusiyadan 1867-ci ildə 7.2 milyon dollara satın almışdır.

Pivə Rusiyada 2011-ci ilə qədər spirtli içki sinifinə daxil deyildi. Bununla əlaqədar qanun dəyişənə qədər yüzdə 10 spirt dəyərinin altında olan içkilər «spirtli içki» sinifinə aid edilmirdi.

Sibir bölgəsi Rusiyanın ərazisinin yüzdə 77-ni təşkil edir. «Vodka» sözü rus dilində «su» mənasını verən «Voda» sözündən əmələ gəlib.Rusiyanın sahəsi vaxtı ilə planet hesab edilən Plutonun səthinin sahəsindən daha böyükdür (17km2 / 16.6 km2).

Rusiya və ABŞ sərhədinin ən yaxın olduğu yer olan Diomede adalarında yerləşir. Burada iki ölkə arasındakı məsafə yalnız 4 kilometrdir. Kiçik Diomede adası ABŞ sərhədlərinin içində yerləşdiyi halda,  Böyük Diomede adası isə Rusiyaya bağlıdır .

Birinci Pyotrun  zamanında Rusiyada “Saqqal vergisi” adında bir vergi toplanırdı. Ölkədə saqqal saxlayan hər kəs bu vergini vermək məcburiyyətində idi.

Rusiyada yerləşən Qaraçay Gölü dünyanın ən radioaktiv və çirkli gölü ünvanını əlində tutur.Rusiyada bəzi muzeylərdə sənət əsərlərini gəmiricilərdən qorumaq üçün pişiklərdən istifadə edilir.Rusiya və Yaponiya 2-ci Dünya Müharibəsindən sonra hələ də hər hansı sülh müqaviləsi imzalanmamışdır.Bunun əsas səbəbi isə iki ölkə arasın yerləşən Kuril adaları böhranıdır.


enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false