en_US
en
off
Mobile View
Desktop View
polsha
1229


enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false

 Bu ittifaq yalnız 1795-ci ildə dağılmışdı. 1918-cu ildə müstəqilliyini yenidən qazanan Polşa İkinci dünya müharibəsi dövründə Adolf Hitler Almaniyası tərəfindən işğal olunmuş, müharibə bitdikidən sonra isə kommunist dövlət kimi SSRİ-nin nəzarət etdiyi Şərq Blokuna daxil olmuşdu. 1989-cu ildə kommunist rejimi devrildikdən sonra Polşada "Üçüncü Respublika" quruldu. Bu gün Avropa İttifaqının ən çox əhaliyə malik 6-cı ölkəsi olan Polşa 16 voyevodaliqdan (pol. województwo) ibarət liberal demokratik dövlətdir. Ölkə Avropa Birliyi, NATO, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatının üzvüdür.

Əhali və sosial həyat

Polşalılar slavyan irqindəndir. Əhalinin ən köhnə qaynağını 10-cu əsrdə "Polane" adı verilən slavyan qəbilələri meydana gətirir. Təxminən olaraq 37.875.000 əhaliyə sahib bir ölkədir. Əhalinin 98% ini Polşalılar meydana gətirər. Geri qalan kiçik bir hissəsini isə Almanlar, Ukraynalılar və Beloruslar təşkil edir. Polşalıların 65% yaxını gənc olub, 15 ilə 60 yaş qrupu arasındadır. Əhali sıxlığı 121 olub, illik əhali artımı 0,1%-dir.

Bu günki Polşa dili, slavyan qəbilələrindən təşkil etmiş Polanelerin dilindən qaynaqlanmaqdadır. Buna müqabil, Pomeraniyanın şərqində və Polşa Karpatlarının bəzi bölgələrində digər slavyan qəbilələrinin bir miqdar fərqli istiqamətləri olan ləhcələri də danışılmaqdadır. Polşa xalqının böyük bir hissəsi katolikdir. Xristian aləminin bu günki lideri olan Papa II İoann Pavel, Polşalıdır.

Polşada təhsil və təhsil imkanları olduqca genişdir. Xalqın oxuma yazma nisbəti 98%-dir. Əvvəllər katolik inancına görə hazırlanmış təhsil tədris planısı, kommunistlərin iş başına gəlməsiylə daha pis bir vəziyyətə salındı. Dərslər tamamilə dindən uzaqlaşdırılmış və kommunist ideologiyasıyla şagirdlərin beyinləri zəhərlənməyə çalışılmışdır. Marxsist-Leninist fəlsəfə içində boğulmuş düşüncə və prinsiplər, hər səviyyədə məcburi öyrədilməkdə idi. 1986 dan sonra bu məcbur etmə yavaş yavaş yumuşalmışdir. Mövcud universitetlər içində Krakovda Jagerellonion Universiteti, Lyublin Katolik Universiteti və Varşava Universiteti ən əhəmiyyətliləridir. Polşanın Əsas şəhəri Varşavadır. Digər əhəmiyyətli şəhərləri isə;Lodz, Krakov və Qdanskdır.

Polşa-Azərbaycan münasibətləri Bronislav Komorovski

Azərbaycan və Polşa xalqları arasında yaxın və səmimi münasibətlər lap qədimdən mövcuddur. Müstəqillik qazandığımız son 20 ildə isə bu əlaqələr əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə də bu ölkənin Avropa Birliyinin, eyni zamanda, NATO-nun üzvü olması Qarabağ münaqişəsindən dolayısı torpaq itkiləri ilə üzləşmiş Azərbaycana öz problemlərindən qurtulmaq üçün çox faydalıdır. Polşa ilə Azərbaycanı həmişə yaxın və dost münasibətlər birləşdirib. Oxşar talelər, əsasən də XX əsrdə bizə bir-birini daha düzgün başa düşməyə, eləcə də problemləri eyni tərzdə mənimsəməyə imkan verir. Polşa Avropa Birliyinin və NATO-nun tamhüquqlu üzvü kimi Şərq Tərəfdaşlığı proqramına daxil olan Azərbaycan üçün təcrübə mübadiləsi baxımından bir vasitəçidir. Azərbaycanın Avroatlantik strukturlarla partnyorluq prinsipləri üzərində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan bütün fəaliyyətini dəstəkləməkdə və əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verir. Tələbə mübadiləsi davam edir, eləcə də Polşa tərəfi Azərbaycan vətəndaşları üçün çoxlu təqaüd proqramını həyata keçirir və sair. Bakıda Polşa Mədəniyyəti və Dili Mərkəzi fəaliyyət göstərir, eləcə də Polşa diasporunun fəaliyyəti çox aktivdir.

Polşanın Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, 2010-cu ilin yanvar – iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 51,5 milyon dollar təşkil edib. Bunun da 45,2 milyon dolları Polşadan Azərbaycana ixrac, qalan 6,5 milyon dollar isə əksinə, idxalın hesabınadır.

Polşa İsveçlə birgə Avropa Birliyinin qonşuları üçün misli olmayan Şərq Tərəfdaşlığı əməkdaşlıq proqramı barədə təşəbbüsün müəllifidir. Hansı ki, həmin proqramda Azərbaycan mühüm yer tutur. Proqramın əsasları Avropa Şurasında qəbul ediləndən sonra təşəbbüs Avropa Birliyinin şərq siyasətinin miqyasını qat-qat gücləndirdi. Mümkün əməkdaşlıq isə bərabər şəkildə həm AB-dən, həm də ayrı-ayrı tərəfdaş ölkələrindən asılı olacaq. Bu iki və çoxtərəfli könüllü əməkdaşlıq proqramıdır, partnyorlar istəmədiyi ölkələrlə əməkdaşlıq etmək məcburiyyətində deyillər. İkitərəfli əlaqələrin yüksək səviyyəsindən yan keçmək olmaz. Burada isə Polşa tərəfindən baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın sədrlik etdiyi Polşa – Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası xüsusi rol oynayır. Bu vaxtadək komissiyanın 4 iclası keçirilib. Hansı ki, Polşa – Gürcüstan İqtisadi Komissiyası hələ bu il çağırılıb.İki ölkəni birləşdirən ikitərəfli münasibətlər son illər bir çox sahədə yaxın əlaqələrin yaradılmasına imkan verdi. Polşanın yüksək səviyyəli hökumət nümayəndələrinin Bakıya çoxsaylı səfəri, 2010-cu ildəkilərə də istinad etsək – baş nazir Donald Tusk və yaxud baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın səfərləri ikitərəfli əlaqələrin səviyyəsini göstərdi. Avrasiya Neft Nəqli Dəhlizi Layihəsinin (EAKTR) mühüm elementi olan Odessa – Brodi boru kəməri davamla "Sarmatia konsorsiumu" formatında həyata keçirilir. Bura Polşa, Ukrayna, Litva, Azərbaycan və Gürcüstanın energetika şirkətləri daxildir. 24 noyabr 2010-cu il tarixində Bakıda keçirilmiş Polşa – Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası zamanı Polşa baş nazirinin müavini və iqtisadiyyat naziri Valdemar Pavlyak effektivliyin artırılmasının, həmçinin Sarmatiyanın yeni şəraitlərə uyğunlaşmasının zərurətini vurğuladı. O, eləcə də Şərq Tərəfdaşlığı təşəbbüsünün "Enerji təhlükəsizliyi" III tematik platformasında təklif edilən imkanları da qeyd etdi. Bu yaxınlardakı Azərbaycan neftinin Ukraynaya çatdırılmasına dair razılaşmalar və xammalın Belorusa nəqli əsaslandırılmış ticarət istifadəsinin sübutu və "EAKTR" layihəsinin inkişafı üçün yaxşı zəmindir. Smolenskdəki qəza nəticəsində prezidet Kaçinskinin vəfatı görülməmiş bir hadisə idi. Polşa bu faciəvi sınaqda ictimai vəziyyəti və konstitusiyaya söykənmiş hakimiyyətin qoruyub-saxlanması nöqteyi-nəzərindən imtahan verdi. Ancaq prezidentin vəfatı heç bir halda Polşanın xarici siyasətinin istiqamətini və əsaslarını, burada xüsusən Varşava ilə Bakını birləşdirən əlaqələri dəyişməyəcəyi gözlənilir. Biz inanırıq ki Polşanın siyasi sistemində prezident xarici siyasətin yaradıcısı deyil, icraçısıdır. Bu səbəbdən də 1 il əvvəl baş verdiyi üzücü itki xarici siyasətinə təsir etməz. Hazırda hakimiyyət qrupunda dəyişiklikləri keçirə biləcək növbəti parlament seçkiləri bu ilin payızına planlaşdırılır. Lakin parlamentə daxil ola biləcək ciddi siyasi qüvvələrdən heç biri Polşanın şərq siyasətinin əsaslarını, burada da Azərbaycanla əlaqələri inkar etmir.



Avropada dövlət. Mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex Respublikası və Slovakiya, şərqdə Ukrayna və Belarus, şimalda isə Baltik dənizi, Litva və Rusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarka və İsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.683 km²-dir (dünyada ərazisinə görə 69-cu yerdədir). Əhalisi 38.1 milyondan çoxdur, sakinlər əsasən tarixi mərkəz Krakov və paytaxtVarşava kimi böyük şəhərlərdə məskunlaşmışdır.İlk polyak dövləti 966-cı ildə yaradılmışdı. Həmin dövlətin sərhədləri təxminən bugünkü Polşa sərhədləri ilə üst-üstə düşür. Polşa1025-ci ildə krallığa çevrilmiş, 1569-cu ildə isə Böyük Litva hersoqluğu ilə birləşərək Polşa-Litva birliyinin əsasını qoydu.