en_US
en
off
Mobile View
Desktop View
isvec
1548

Avropa Birliyinin üzvü olan İsveçin əhalisi 9.4 milyon nəfər, ərazisi isə 450 min 295 kvadratkilometrdir. Əhalisinin 86.4 faizini isveçlilər, 13.6 faizini isə gəlmələr təşkil edir.
Ölkədə müsəlmanların sayı durmadan artmaqdadır. Belə ki, 2009-cu ildə İsveçdə müsəlman əhalinin sayı 500 min nəfərə çatmışdır ki, bu da ümumi əhalinin 5%-nə bərabərdir. Müsəlman əhalinin ən sıx yaşadığı şəhərlər Stokholm və Malmödur.
İsveç dünyanın gözəl, iqtisadi və siyasi baxımdan ən inkişaf etmiş ölkələrindən biridir. Gözəl mənzərəli, gəzməli, görməli, insanı özünə heyran edən yerləri var. Qışda bu yerlərə yağan qar torpağın üzərinə salınan gümüşü xalçaları xatırladır. 

 Təsadüfi deyil ki, İsveçə qışda səyahət edənlər onu gümüşü nağıllar ölkəsi adlandırırlar. 
İsveç yaz və yay aylarında özünəməxsus gözəlliyə malikdir. Yamyaşıl dağlar, göz işlədikcə uzanan otlaqlar adama gəl-gəl deyir. Ona görə də nə qışından, nə də yaz və yayından, payızından doymaq mümkün deyil. Ölkə ərazisi Sibirlə eyni en dairəsində yerləşməsinə baxmayaraq, ilıq bir iqlimə malikdir. İsveçin cənubunda okean, mərkəzi hissələrində quru kontinental, şimalında isə subarktik iqlim mövcuddur.

İlıq iqlimisahillərinə isti qolfstrim axınları ilə əlaqədardır. Ölkənin şimalında yaz və yay boyunca günəş, demək olar ki, batmır. Qışda isə, əksinə, bu bölgələr üzərində günəş, ümumiyyətlə, görünmür. Ölkənin paytaxtı Stokholmda iyun ayında günün uzunluğu 18 saata çatır. Yayda orta illik temperatur 25 dərəcə hesab edilir. Qışı da digər şimal ölkələri ilə müqayisədə çox soyuq deyil. Bununla belə, bəzi illərdə ölkədə anormal istilər (1947-ci il, Malilla, 38 dərəcə) və anormal soyuqlar ( 1966-cı il, Vüoggatjalme,-52,6 dərəcə) da müşahidə olunub.

Tarixi

Skandinaviya adasında yerləşən bu ölkənin rəsmi adı İsveç Krallığıdır. İsveç Avropada müstəqillik ənənələrinə malik olan dövlətlərdən biri hesab edilir.
XVII əsrdə İsveç işğalçılıq siyasəti yeridərək yeni ərazilər ələ keçirib. Lakin sonradan XVIII və XIX əsrlərdə öz ərazilərinin çox hissəsini itirmiş, ölkənin şərq torpaqlarının, demək olar, hamısı Rusiya tərəfindən işğal olunmuşdur. İsveçin iştirak etdiyi sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri bütün müharibələrdə neytral mövqe tutmaqdadır. Ölkə konstitusiyalı monarxiya üsulu ilə idarə olunur.
Onu da deyək ki, Avropa Birliyinin üzvü olan İsveçin əhalisi 9.4 milyon nəfər, ərazisi isə 450.295 kvadratkilometrdir. Əhalisinin 86.4 faizini isveçlilər, 13.6 faizini isə gəlmələr təşkil edir. Əhalisinin böyük hissəsi, 85%-i şəhərlərdə, 15 % isə kəndlərdə yaşayır. Qeyd edək ki, ölkədən kənarda çoxlu sayda isveçli yaşayır. Onların böyük hissəsi 1820-1930-cu illərdə Amerikaya köç edənlərdir. Hal-hazırda ABŞ-da 4.4 milyon, Kanadada isə 330.000 isveçli yaşayır. Rəsmi dil İsveç dilidir, həmçinin fin dili ikinci rəsmi dil kimi tanınıb. 

Avropanın ən inkişaf etmiş ölkəsi

İsveçi Avropanın ən inkişaf etmiş ölkələrindən biri hesab edirlər. Belə ki, 9,4 milyon əhalisi olmasına baxmayaraq, İsveçdə ümumdaxili məhsulun həcmi təxminən Avropanın ən inkişaf etmiş ölkələrindəki qədərdir. Ölkədə ümumdaxli məhsulun həcmi 400 milyard dollara yaxındır. Nəticədə İsveç adambaşına düşən milli gəlirə görə Avropada öndə gedir.
İsveç dünyada ən yüksək həyat şəraitinə malik ölkələrdən biridir, işsizliyin səviyyəsi də xeyli ( 4-5 faiz) aşağıdır. Pul vahidi kimi əsasən krondan istifadə edirlər. Ölkə Avropa Birliyinin üzvü olmasına baxmayaraq, avronu qəbul etməyib və bu amil onun iqtisadi böhranı nisbətən yüngül keçirməsinə səbəb olub.

Onu da deyək ki, İsveç ixracyönümlü, kapitalizm ilə sosializmin qarışmasından ibarət, yaxşı təşkil olunmuş xarici və daxili kommunikasiyaları olan iqtisadiyyata malikdir. İqtisadiyyatının əsasını təşkil edən resurslar meşələr, hidroelektrik stansiyaları və dəmir filizidir. Əsas məhsulları maşınlar, tibbi ləvazimatlar, ağac məhsulları və telekommunikasiyalardır. 

Təhsil pulsuzdu
İsveçdə əhali arasında təhsilin səviyyəsi kifayət qədər yüksəkdir Belə ki, əməkqabiliyyətli ölkə əhalisinin 4,5 milyon nəfərinin təxminən 1,8 milyonu ali təhsillidir. Bu da, öz növbəsində, İsveçin sürətli inkişafında önəmli rol oynamaqdadır.
İsveçdə istənilən inkişaf etmiş dövlətin həsəd apara biləcəyi təhsil sistemi mövcuddur. Belə ki, ölkədə 1-5 yaş arasındakı uşaqlar üçün pulsuz bağçalar fəaliyyət göstərir. 6-16 yaş arasındakı uşaq və gənclər isə məcburi orta təhsilə cəlb olunublar. Natamam orta təhsili başa vuranların isə 90 faizi orta məktəbi bitirməyə üstünlük verirlər. Burada təhsilin son pilləsi hesab edilən orta məktəblər İsveç dilində “gymnasium” adlandırılır. Buranı bitirənlər həm iş imkanı qazanır, həm də ali təhsil almaq hüququ əldə edirlər. İsveçdə çoxlu sayda universitet və kolleclər fəaliyyətdədir. Onlardan ən böyükləri Uppsala Universiteti, Göteborq Universiteti, Stokholm Universiteti, Lund Universiteti və Kral Texnologiya Universitetidir. Ali təhsil alan bütün tələbələr təhsil haqqından azaddırlar.

Onu da deyək ki, İsveçdə xristianlıq XI əsrdə qəbul edilib. Bundan sonra İsveçdə digər dinlərin fəaliyyətinə icazə verilməyib. 2009-cu il statistikasına görə, əhalisinin 71.3%-i xristianlığın Lüteran məzhəbinə məxsusdur.
Ölkədə müsəlmanların da sayı durmadan artır. Belə ki, 2009-cu ildə İsveçdə müsəlman əhalinin sayı 500.000 nəfərə çatmışdır ki, bu da ümumi əhalinin 5%-nə bərabərdir. Müsəlman əhalinin ən sıx yaşadığı şəhərlər Stokholm və Malmödur.
Bundan başqa, İsveçdə azsaylı buddist və hinduist diasporları mövcuddur.

Şəhərləri
Əsas şəhərləri paytaxt Stokholm, Malmö və Göteborqdur.
Stokholm Melaren gölünün şərq sahilində yerləşir. Əhalisinin sayı metropoliya ilə birlikdə 2 milyon nəfərdir. Kralın iqamətgahı, Beynəlxalq Arlanda Aeroportu, Hökumət binası və riksdaq-parlament bu şəhərdə yerləşir. 2008-ci ildə 1.1 milyon turistin ziyarət etdiyi Stokholm Skandinaviyada Kopenhagendən sonra 2-ci ən çox turist qəbul edən şəhərdir. Bəzən Stokholmu “Şimalın Venesiyası” da adlandırırlar.
Malmö İsveçin cənubunda yerləşən liman şəhəridir. Əhalisi 635 min nəfərdir. Malmö bu göstərici ilə ölkənin üçüncü böyük şəhəridir. Danimarkanın paytaxtı Kopenhagen ilə Malmö arasında 20 kilometr uzunluğu olan boğaz vardır. Malmö ölkə üçün siyasi və iqtisadi baxımdan böyük önəmə sahibdir. Şəhər əhalisinin 25 faizi müsəlmanlardan ibarətdir.
2001-ci ildə fəaliyyətə başlamış Orestud körpüsü isə bu şəhərlə Stokholm arasında olan məsafəni 10 dəqiqəyə qədər azaltmışdır. Körpü 5 milyard avroya başa gəlib. 

Abidələr və muzeylər ölkəsi
İsveç abidələr, muzeylər və parklar ölkəsidir. Ölkədə 1140 qədim qala, orta əsrlərdə inşa edilən 1000 kilsə, 28 milli park var. Ərazisinin yarısı meşələrlə örtülüdür. Bu da turistlərin istirahəti və dincəlmələri üçün olduqca əlverişlidir. Burada turistlərin velosipedlə tarixi yerlərə və təbiətin qoynuna səyahət etmələri üçün 10 min kilometrlik asfalt yol var.

İsveçin turistlər üçün ən cəlbedici şəhərlərindən biri ölkənin ikinci böyük şəhəri olan Göteborqdur. Bu şəhər çoxlu sayda parkları, muzeyləri və teatrları ilə diqqəti cəlb edir. Şəhərin ana meydanı Götaplatsendir. Göteborqun muzeyləri və əsas teatrları bu meydandadır. Şəhərin muzeylərində onun tarixinə dair çoxlu sayda əşyalar saxlanılir. Bundan əlavə, Göteborqda 12 gəmidən ibarət üzən muzey də turistlərin ən sevimli yerlərindəndir. Tradgardsföreningens parkı, Londondakı Kristal sarayın oxşarı olaraq 1878-ci ildə inşa edilən Palmiye evi, çoxlu heykəllərlə göz oxşayan İncəsənət muzeyi də turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Şəhərin Haqa bölgəsi isə özünün rəsm qalereyaları ilə məşhurdur. Göteborqun bəzəyi isə gözəl Slottsskogsparkendir. Şəhərin Botanika bağında dünyanın müxtəlif ölkələrindən gətirilən 12 min növ bitki var. Liseber Lunaparkı isə İsveçin turistlərə gəl-gəl deyən gözəl əyləncə mərkəzidir.

Siqtuna və Uppsala şəhərləri də gəzməli, görməli tarixi məkanlardandır. 33 ada üzərində inşa edilən Karskrona şəhəri çoxlu sayda abidələrlə zəngindir və dünanın ən gözəl məkanlarındandır.

Qotland adası isə ən çox turist gedən yerdir. Buraya ildə 1 milyon turist gəlir. Çobanlar adası kimi tanınan Lapland adası da özünəməxsusluğu ilə seçilir. Buraya da hər il on minlərlə turist gəlir. 


enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false