en_US
en
off
Mobile View
Desktop View
estoniya
618
enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false

 Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür.

 Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMTEstoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.

Coğrafiya

Estoniyanın Latviya ilə sərhədi 267 km, Rusiya ilə sərhədinin uzunluğu isə 290 kilometrdir. Estoniyanın cari ərazisi 1920-ci ildə Tartu müqaviləsi nəticəsində müstəqil Estoniyaya məxsus olan ərazidən 2.300 km² daha azdır. Həmin ərazilər İkinci dünya müharibəsindən sonra Stalin tərəfindən Rusiyaya birləşdirilib. Bu səbəbdən, hal-hazırda Estoniya ilə Rusiya arasında sərhəd mübahisələri mövcuddur.

Estoniya dünyada e-hökumətə görə son illər ən qabaqcıl yerlərdən birini tutmaqdadır. Bu ölkədə mobil və internet texnologiyaları o dərəcədə inkişaf edib ki, nəinki ödəmələr, həttaseçki sistemi də elektron versiyadadır. Bu ölkədə e-seçki sistemi uğurla həyata keçirilir, mobil telefonla səs vermə mümkündür, həmçinin seçki yaşına çatmamış şəxslərin e-seçkibarəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir.