en_US
en
off
Mobile View
Desktop View
dolma
901

Yarpaq dolması

Qoyun əti (mal əti və ya dana əti ) – 500 q,

Baş soğan – 2 baş,

Cəfəri, şüyüd, göy soğan, nanə – hərəsindən 1 dəstə (təzə nanə olmasa, qurusundan istifadə etmək olar),

Düyü – 100 q,

Üzüm yarpağı (təzə və ya duza qoyulmuş) – 250 q,

«Sarımsaqlı qatıq» sousu

Duz, istiot – zövqə görə



Qoyun əti  soğanla ət maşınından keçirilir, ona xırda-xırda doğranmış göyərti, yuyulmuş düyü, döyülmüş qara istiot, duz vurulur. Bunların hamısı yaxşı-yaxşı qarışdırılır.

Üzüm yarpaqlarının saplaqları kəsilir, yaxşı    yuyulur. Təzə yarpaqlar isti suda pörtlədilir. Hər yarpağın içinə qiymə qoyulur və zərf kimi bükülərək qazana yığılır. Yarpaqlar açılmasın deyə, üstündən tərsinə çevrilmiş nəlbəki qoyulur. Bir stəkan qaynar su tökülür və vam odda bir saat ərzində bişirilir. Əgər suyu buxarlanıb azalarsa, dibi yanmasın deyə, ona yarım stəkan da qaynar su əlavə etmək olar. Qazanın dibinin yanmaması üçün onun dibinə ətdan qalmış sümüklər və ya yarpaqlar yığılır. Süfrəyə nimçədə verilir, üstündən də özünün suyundan tökülür, yanında sarımsaqlı qatıq qoyulur Dolma üçün üzüm yarpaqlarının tədarükü. Yarpaqları təzə halda az-az kağıza büküb sellofan torbaya qoyaraq buzxanada saxlamaq olar. İstifadə etməmişdən əvvəl donunun açılmasını gözləyir, sonra üstündən  isti su gəzdirib  dolmanı bükürlər.

Üzüm yarpaqlarından başqa, dolmanı tut yarpaqlarından, cır üzüm yarpaqlarından da hazırlamaq olar, lakin onların təmi ayrı cür olacaqdır.

Dolma hazırlamaq üçün təzə, nazik və xovu olmayan yarpaqlar götürülür.