en_US
en
off
Mobile View
Desktop View
britaniya
1238

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti.

Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Kontinental Avropaya (Fransa vasitəsilə) La Manş kanalı ilə birləşir.

Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Avropa Birliyinin, Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir.

Böyük Britaniya tarixi

İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın tarix öncəsi dövrlərini əhatə edir. 1800-1922 illəri arasında İrlandiyanın hamısı Birləşmiş Krallığın bir hissəsi sayıldığı üçün bu dövrlərdə İrlandiyanın tarixi də Birləşmiş Krallıq tarixinin bir hissəsi sayılır. Birləşmiş Krallığın ən köhnə xalqlarını Keltler təşkil edir. E.Ə 55 və E.Ə 410 illəri arasında Britaniya adaları Roma İmperiyasına bağlı Britannia əyalətini təşkil. V əsrdə bölgə Xristianlığın təsiri altına girdi. Eyni illərdə Cermen bir xalq olan Anglosaksonlar böyük kütlələr halında namizədə köç etdilər. 1066-1154-ci illəri arasında yenə bir Cermen irqi olan Normanlar namizədi ələ keçirdilər. İngilislər bu Cermen irqlərinin davamını meydana gətirməkdədirlər. Şotlandlar, Uelslilər və İrlandiyalılar isə Keltlərin davamıdır.

İqtisadiyyatı

XIX əsrin axırlarınadək Böyük Britaniya dünya təsərrüfatında ağalıq etmişdir. Bunun başlıca səbəbi Böyük Britaniyanın kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi olması ilə, "dünyanın sənaye emalatxanasına" çevrilməsi ilə izah olunur. Bununla yanaşı, olduqca iri müstəmləkələrə malik Böyük Britaniya, bu müstəmləkələrin istismar edilməsindən böyük gəlir götürürdü. Nəhayət, La-Manş və Pa-de-Kale boğazlarından keçən mühüm dəniz ticarət yollarında əlverişli coğrafi mövqeyi ölkəyə Yer kürəsinin bütün regionları ilə əlaqə yaratmağa imkan verirdi. Böyük Britaniyanın iqtisadiyyatının sürətli inkişafına ölkə ərazisində müxtəlif faydalı qazıntı yataqlarının, xüsusilə dəmir filizi və daş kömür hövzələrinin bir-birinə yaxın yerləşməsi çox böyük təsir göstərmişdir. Belə amil metallurgiyanın güclü inkişafına, metallurgiya isə müstəmləkələrin ələ keçirilməsində və Dünya Okeanında hökmranlıq edilməsində mühüm rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan vermişdir. Keçmiş mövqeyini itirməsinə baxmayaraq Böyük Britaniya indi də dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir. Böyük Britaniya İnkişaf Etmiş Ölkələr arasında kapital ixracatına görə yalnız ABŞ və Yaponiyadan geri qalır. XX əsrin 80-ci illərindən başlayaraq neft hasilatının sürətlə artması onun iqtisadi strukturunun yenidən qurulmasına, iqtisadiyyatın inkişafına imkan yaratmışdır. Bununla yanaşı Böyük Britaniya, əvvəllər Britaniya imperiyasına daxil olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. Bu, keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.Böyük Britaniya sənayesinin strukturu digər başlıca İEÖ-i xatırladır. Mürəkkəb və çoxsahəli maşınqayırma mühüm rol oynayır. Elektrotexnika, elektronika, aviakosmik sənayenin, cihazqayırma və avtomobilqayırmanın inkişafına görə London, Birmingem-Koventri rayonları, dəzgahqayırma və avtomobilqayırmaya görə Birmingem, toxuculuq maşınqayırmasına görə Mançester, gəmiqayırmaya görə Qlazqo, idxal xammala əsaslanan metallurgiyanın inkişafına görə Şeffild, Kardiff və dəniz sahili şəhərlər fərqlənir. Kimya sənayesi Şimal dənizinin dayazlıqlarından çıxarılan neft və təbii qaza əsaslanır.

Kənd təsərrüfatı

Böyük Britaniyanın intensiv inkişaf etmiş kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində günəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər mal-qaranı yaşıl otla yaxşı təmin edir. Böyük Britaniyanın kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatını təmin etmir.

Mədəniyyətı

Keçən əsrin 60-cı illərində The Beatles və "Rollinq stounz"un populyarlığının çiçəklənməsindən bu günə kimi Böyük Britaniya gənc mədəniyyətinin avanqardı olaraq qalır. Ölkənin Uilyam Şekspir və şotland Robert Berns, uelsli Dilan Tomas və şimali irlandiyalı Şeymas Xini də daxil olmaqla, zəngin ədəbiyyat irsi var. Barokko dövrü ndən, Henri Perselladan XX əsrdə Benjamin Brittenə qədər, dünyaya klassik bəstəkarlar verən milli musiqi qədim köklərə malikdir

enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false