en_US
en
off
Mobile View
Desktop View
belarus
912
enable
skins/aquaBlue/skin.css
salut|https://www.youtube.com/watch?v=DTPK-vep8cQ
true
true
50
1
top
false

XVIII əsrdə ilk dəfə olaraq qədim slavyan torpaqlarının qərb hissəsi belaya rusya (ağ rus mənasını bildir) adlanmağa başlanmışdır. Məhz ölkənin indiki adı da buradan qaynaqlanır.

Belarusların əcdadları Şərqi Slavyanlardır. 6 və 8-ci əsrlər arasında şərqi slavyanlar Belarus bölgəsinə yerləşdilər və daha əvvəl burada yaşayan Fin-Ogur köklü bəzi tayfaları tərəfindən sıxışdırıldılar. IX əsrin sonunda bölgədə İsveç köklü varyaqlar tərəfindən Polotsk və Turov krallıqları quruldusa da X əsrin sonunda bu krallıqlar Kiyev Knyazlığına birləşdirildilər. X əsrdə bu bölgə Bizans İmparatorluğu tərəfindən xristianlaşdırılan Kiyev Knyazı I Vladimir tərəfindən 988-ci ildən başlayaraq xristianlaşdırıldı.


1237-ci ildə bu krallıqlar daha sonra Polotsk Krallığından ayrılan Minsk və Vitebsk krallıqları ilə birgə muxtariyyət qazansalarsa da həmin il Qızıl Orda dövlətinin vasallı oldular. Bölgə 1239-1320-ci illər arasında Litva Böyük hersoqluğu tərəfindən fəth edildi. Litvalılar dövlətlərinin paytaxtlarını Kernavadan əvvəl Grodnoya (Belarusça: Hrodna), sonra isə Novogrudok (Belarusça: Navahrudak)a köçürdülər və dövlətin rəsmi dili belarusca oldu. Ancaq XIV əsrdə dövlətin paytaxtı əvvəl Trakaiya, sonraVilnüsa köçürüldü. Litvalılar əvvəl büdpərəstlikdən ortodoksluğa, sonra isə Polşalıların təsiri ilə XV əsrdə katolikliyə keçdilər və bu vəziyyət ortodoks inancını böyük ölçüdə qoruyan belarusların həyatını müəyyənləşdirdi. Bugünkü Belarusiyanı təşkil edən bölgə Litvaya bağlı Brześć Litewski (Bugün Brest), Vitebsk (Belarusça: Viciebsk), Novogrudok, Minsk (Belarusça: Mensk), Polock (Polotsk), Mscislaw (Mstislavl) ve Wilno (Vilnyus) bölgələrinə bölündü.

1386-cı ildə Litva Böyük Hersoqu- Jogalia, II. Wladyslaw adıyla Polşa Kralı olunca, 2 ölkə arasında Jagiellon Sülaləsi vasitəliyi ilə şəxsi birliy quruldu.Belə ki,Litva Hersoqu Jagolia ilə,Polşa Kraliçası Jadviga evləndi.Bu birlik 1569 ilində Lyublin Birliyi müqaviləsi ilə daimi bir birliyə döndü. Litvanın daimi birliydə olmasından güclənməsı 1567'da Podlasya, Volinya, Podolya və Kijow (Kiev) bölgələrinin Polşa Kralı II. Zygmunt tərəfindən ələ keçirilməsinə yol açdı. Bu arada daha sonra Rus Çarlığı'na çevriləcək olan Moskva Knyazlığı'nın təhdidi artmağa başladı. 1514-ildə Smolenski ələ keçirən Ruslar, 1535 ildə Vilnyusa qədər gəldilər. Ruslar, Livonya Müharibəsi (1558-1582) sırasında 1563'da Polotsk'u işğal edərək Litva ordusunu Vilnyus'a qədər geri çəkməsinə baxmayaraq Polşalılar 1572ilindən etibarən Belarusu geri aldılar və hətta 1581ildə Rusiyanın Velike Luki və Sokol şəhərlərini işğal edib, Pskov şəhərini dağıtdılar.

Xarici əlaqələr

Belarusun digər ölkələrlə siyasi əlaqələri çox qarışıqdır.Belə ki,ölkə 1991-ci ildə müstəqillik qazanmasından sonra qərb dövlətləri ilə soyuq əlaqələrə malikdir.Buna səbəb Qərb dövlətlərinin Belarus prezidenti Aeksandr Lukaşenkonun onların fikrincə qeyri demokratik ölkəni idarəetməsidir.Xüsusən 2010-сu il Belarusda prezident seçkilərindən sonra bu əlaqələr daha da pisləşmişdir.

Silahlı qüvvələr

İllik hərbi xərcləri 176,1 mln. ABŞ dollarıdır.

İqtisadiyyat

Belarus güclü iqtisadi sistemə malik olmayan dövlət kimi tanınır. Belarus dünyada daha çox aqrar dövlət kimi tanınır.Ölkədə maldarlıq,əkinçilik,bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib.Belə ki,Belarus öz daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd,süd məhsulları,tərəvəz ixrac edir. Belarus 1990-сı illərdə və 2011-ci ildə defoltla üzləşmişdir.