en_US
en
off
Mobile View
Desktop View
baliqy
765

Balığ ləvənqisi

Kütüm, xəşəm və ya  sazan – 2 kq,

Təmizlənmiş qoz ləpəsi – 200 q,

Baş soğan  – 2 baş,

Narşərab və ya alça turşusu – 2 xörək qaşığı

Bitki yağı  – 2 xörək qaşığı

Kişmiş – 80 q,

Alça qurusu – 50 q,

Duz – zövqə görə


Kütüm təmizlənir, yuyulur, qurulanır. Qoz ət maşınından keçirilir, soğan narın doğranır və pörtlədilir, kişmiş, qoz ilə soğan, quru alça və 1 stəkan su, duz tökülüb qarışdırılır.

Hazırlanmış iç balığın  qarnına qoyulur və tikilir. Üstündən alça turşusu, yaxud narşərab sürtülüb tavada  əvvəlcədən qızdırılmış fırına qoyulur.

Üstü qızarana kimi  180˚S temperaturda təxminən 40 dəqiqə bişirilir. Qurutmamalı.